Musiqi

Gülən notlar. Qol vur

Söz-Musiqi: Məryəm Əlibəyli

 

Yer üzündə yoxdur, elə bir oğlan.
Heç xoşu gəlməsin onun futboldan.
Oğlanların sevdiyi bir oyundur,
Faydalı idman növü futboldur.
Ey dostum, sabah yenə futbol var,
Tez əyləş, dərsini oxu qurtar.
Oğlanların sevdiyi bir oyundur,
Faydalı idman növü futboldur.

            


Cəld qaç, inan gücünə
Uduzsan da, incimə.
Oyna, oyna sən futbol,
Oyna sonda vur çox qol.
Uğura var, bircə yol
Çoxlu qol vur, qol.