Fəridə İlkcan. Mənim ailəm
Ana
Bu dünyada hamıdan cox
Məni ən cox o sevir
Dərslərimdən 5 alanda
Afərin balam deyir
O kimdir? deyin mənə
-Tapdım,tapdım
Hər an qayğıma qalan
Mənim nur üzlü anam.
Ata
Hər gün işdən gələndə
Öpürəm üz gözündən
Bizim evdə heç bir kəs
Çıxmır onun sözündən
O kimdir elə? deyin mənə
-Tapdım tapdım
Hamıdan güclü olan
Mənim pəhləvan atam.
Bacı
-Anamın qucagında
Uzaqdan əl sallayır
Mən məktəbə gedəndə
hey dalımca aglayır
O kimdir elə? deyin mənə
-Tapdım tapdım
Mənim dəcəl turacım
Nazlı balaca bacım.
Qardaş
O mənə deyir bacı
Deyir başımın tacı
Tək oğludur anamın
Nəfəsidir atamın
O kimdir elə? deyin görək
-Tapdım,tapdım
Mənim bir tək sirdaşım
Canım,əziz qardaşım.
Baba
-Ata deyir ona atam
Ata deyir ona anam
Nəvələrin cox sevir
Hamıya yol göstərir
O kimdir elə ? deyin mənə
-Tapdım,tapdım...
Mənim şirin şəkər babam.
Nənə
-Ana deyir ona anam
Ana deyir ona atam
Bizlə başı qarışır
Hər gün nagıl danisir
O kimdir elə? deyin mənə
-Tapdım tapdım
Mənim nağıl noğul nənəm.
Bibi
-Qızım deyir ona babam
Qızım deyir ona nənəm
Çoxlu oyunlar bilir
Bizə tapmaca deyir
O kimdir elə? deyin bilim
-Tapdım,tapdım
Mənim dadlı duzlu bibim.
Əmi
-Qardaş,deyir ona atam
Qardaş deyir ona bibim
Alır bizə oyuncaq
Öpür bizi doyunca
O kimdir elə? deyin bilim
-Tapdım,tapdım
Mənim cəsur igid əmim.
Xala
Bacı deyir ona dayim
Bacı deyir ona anam
Mən hər dəfə nazlananda
Deyir ona oxşayıram
O kimdir elə? deyin görək
-Tapdım,tapdım
Mənim gülərüzlü xalam.
Dayı
-Qardaş deyir ona anam
-Qardaş deyir ona xalam
O kimdir elə? deyin mənə
-Tapdım, tapdım
Yer üzündə yoxdur tayı
Mənim yaraşıqlı dayım.