Odlar Yurdu

Zindan qalası

Dairəvi qala Lənkəran qalası ilə eyni vaxtda XVIII əsrdə inşa edilib. Qalanın oxşarı olan ikinci tikili hazırda mayak kimi fəaliyyət göstərən Lənkəran mayakıdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqəsi rolunu oynayıblar.

 

Bəzi mənbələrə görə, hər iki qala Lənkəran qalasının dayaq məntəqələri kimi Nadir şahın əmri ilə tikiliblər. Bu qala 1869-cu ilə kimi burada baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Lənkəran rus qoşunları tərəfindən işğal edildikdən sonra ümumi qala divarları dağıdılmış və hərbi qala ləğv edilmişdir. Dairəvi qaladan həbsxana kimi istifadə edilməyə başlanılmışdır. Digər qalanın isə başına fanar quraşdırılır və binadan mayak kimi istifadə edilməyə başlanılır. 1869-cu ildən etibarən Dairəvi qaladan zindan kimi istifadə edilməyə başlanılır.

 

XX əsrin əvvəllərində İosif Stalin də poçt qatarına silahlı qarətin təşkili ilə bağlı həbs edilərək bu həbsxanada saxlanılır. Lakin sonradan yoldaşlarının köməyi ilə buradan da qaça bilir.