Bu maraqlıdır!

Niyə zürafə ağacların yarpaqları ilə qidalanır?

Zürafə otyeyən məməlidir, Afrika savvanasının ağaclar olan yerlərində yaşayır. Zürafənin ən çox xoşladığı yem akasiya yarpağıdır, onları ağacdan qoparıb yeyir. Bu vaxt o, ağacın bir metr yarımdan yuxarıda olan yarpaqlarını qoparır, onun hündür bədəni və uzun boynu aşağı yarpaqları qoparmaq üçün əyilməkdə ona maneçilik edir.


Zürafənin boyu dırnaqlarından başına kimi beş metr yarıma çata bilir, yerdən onun belinə qədər uzunluq cəmi üç metr təşkil edir, yerdə qalanı isə onun uzun və möhkəm boynudur. Zürafələr sakit heyvanlardır, onlar 15-20 fərddən ibarət qruplarla yaşayır, özlərinə ərazi seçmir və qorumurlar.


Zürafələrin əsas düşmənləri şirlər və kaftarlardır. Yırtıcı heyvan zürafəyə hücum edəndə o qaçmağa çalışır, əgər bu alınmırsa, o şıllaq ataraq öz düşmənini ayaqları ilə vurmağa çalışır.