Bu maraqlıdır!

Niyə biz su içmək istəyirik?

Bədənimizn təxminən 60 faizi sudan ibarətdir. Su orqanizmdə baş verən bütün kimyəvi proseslərin yerinə yetməsi üçün lazımdır.


İnsanın orqanizmində olan su özündə müəyyən miqdarda mineral duzları həll edir. Su bədəndən tər, sidik və ya tənəffüs zamanı su buxarı şəklində çıxanda hüceyrələrdə bərabərlik pozulur: duzlar olduğu kimi qalır, su isə az olur.

Hüceyrələrdə suyun yerini doldurmağa ehtiyac yarananda biz yanğı hiss edirik, su içmək istəyirik. Beləliklə, su içən zaman bədənimizdəki hüceyrələrin mayeyə olan ehtiyacını ödəyirik.