Təbiət

Meyvə milçəyi

Yəqin fikir vermisiniz ki, meyvələr ağaclardan tökülüb bir neçə gün yerdə qalanda çürüməyə başlayır və onların üzərində haradansa xırda milçəklər peyda olur. Görəsən, bu milçəklər haradan gəlir?

 

İki cür meyvə milçəyi var. Aralıq dənizi meyvə milçəkləri adi ev milçəklərinə bənzəyirlər, amma onların üzərində narıncı, qara xallar olur. O, ən zərərli milçəklərdən sayılır. Bu milçəklərin dişiləri yumurtalarını kal meyvə-tərəvəzə yerləşdirirlər. Çıxan balalar meyvələrlə qidalanır. Bu minvalla bütün məhsul tələf ola bilər.

 

Evimizdə, çürüyən meyvələrin üzərində uçuşan xırdaca milçəkləri drozofil adlandırırlar. O, təhlükəsizdir. Dişi milçək uçaraq çürüyən meyvələri tapır və yumurtalarını yalnız çürüyən meyvələrə qoyur. Yeni doğulan milçəklər, ancaq çürüyən meyvələrlə əmələ gələn maddələrlə qidalanır. Drozofil, yaxud xırda meyvə milçəyi elmə bəlli olan ən faydalı həşəratlardandır, çünki irsiyyətin, yəni valideynlərdən övladlara keçən cəhətlərin öyrənilməsi üçün drozofillərdən istifadə edirlər. Əgər bu problemi insanlar üzərində araşdırsaydılar, nəsil böyüyənədək çox gözləməli olacaqdılar. Məsələn, 30 nəslin öyrənilməsinə 500 il və daha artıq zaman sərf etmək lazım gələcəkdi. Amma meyvə milçəklərindən istifadə etməklə 30 nəsli bir il ərzində müşahidə etmək mümkündür.

 

Alimlər drozofildən öz təcrübələrində belə istifadə edirlər. Milçəklər laboratoriada, xüsusi mayedən istifadə etməklə yetişdirilir. Bu mayeyə "medium" deyirlər. Təxminən on günə meyvə milçəkləri doğulur və böyüyür. Artıq onuncu gün onlar cütləşməyə, bala gətirməyə hazır olurlar.

 

Milçəklər alimin istəyinə uyğun olaraq, istənilən kombinasiyada cütləşdirilə bilər. Bir neçə saat ərzində drozofilin dişisi elə həmin gün minlərlə yeni milçək əmələ gətirmək üçün yumurta qoyur! Onları adi gözlə də mikroskop altında aparılan carrahiyyə əməliyyatı zamanı da müşahidə etmək olar. Bizim irsiyyət haqda bilgilərimizin çoxu drozofillərin tədqiqatı nəticəsində əldə olunub!