Atalar sözləri

Aforizmlər

Rəqabət- dahilik üçün qidadır. Volter

 

Ruhun gözəlliyi bədənin gözəlliyi qədər asan görülməz. Aristotel

 

Ruzi yalnız elmlə əldə edilsəydi, cahildən pis yaşayan olmazdı. Sədi Şirazi

 

Sabahkı arzulara çatmaq yolunda ən böyük maneə bugünkü tərəddüdlərdir. Franklin Ruzvelt

 

Sabahlar hər zaman gözəl olacaq deyilir. Bəs bu günlər, dünənlərin sabahı deyilmi? Viktor Hüqo

 

Sağalmaq ümidi-sağalmağın yarısıdır. Volter

 

Səadət dalınca qaçma, o, sənin özündədir. Pifaqor

 

Səndən soruşsalar ki, müvəffəqiyyətin açarı nədədir? De ki, özü-özünlə yola getməkdə. Pifaqor

 

Sənin qəbahətlərini üzünə deyən düşmən, bunları gizlədən dostdan yaxşıdır. Sokrat

 

Sizə nə deyəcəyinizi deyə bilərlər, ancaq nə düşünəcəyinizi əsla. Sokrat