Təbiət

Amazon lamantini

Amazon lamantinləri Amazon çayı və onun qollarında yayılmış nəhəng su məməlisidir. 

 
Digər lamantinlərdə olduğu kimi boz rəngə sahib olan yetkin fərdlərin sinəsində ağ və ya açıq çəhrayı ləkələr var. Bu da onları digər növlərdən fərqləndirməyə imkan verir.
 
 
Həm gündüz, həm də gecə aktivdir. Amazon lamantinləri heç vaxt quruya çıxmır, ancaq şirin sularda yaşayırlar.  Onlar əsasən yağışlı mövsümdə su basmış bataqlıqlarda bitki örtüyü ilə qidalanırlar. Gün ərzində 9–15 kq qida yeyirlər Quru mövsümdə bəzi bitkilərin olmaması səbəbindən bir neçə həftə və ya aylarca ac qala bilərlər.
 
Təbiətdə ovlanan ən iri Amazon lamantininin uzunluğu 2,8 m, çəkisi isə 500 kq-dır.
 

Dişi Amazon lamantini adətən bir bala verir.  Balalar doğularkən 85–105 sm uzunluqda, 10–15 kq çəkidə olur.

 

Onların nə qədər yaşadığı barədə dəqiq məlumat yoxdur.