Təbiət

Tzyuçjayqou

Sıçuan əyalətinin şimalında, Çinin cənub-şərq hissəsində yerləşən Tzyuçjayqou vadisi  Min Dağlarının bir parçasıdır.  72000 ha ərazisi olan vadi rəngli gölləri, mavi, yaşıl və firuzəyi rənglərlə parıldayan suları ilə məşhurdur. Bəzi su anbarlarının suyu o qədər şəffafdır ki, dibi böyük dərinliklərdə belə görünür.

 

Buradakı uzunluğu 2250 m, eni 125 m olan Qu gölü böyük maraq doğurur. Adını burada yaşayan çoxsaylı qu quşları və ördəklərə görə almışdır. 

 

Tzyuçjayqou Milli Parkı 1992-ci ildə  YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Açıldığından bu vaxta qədər, turistlərin sayı günü-gündən artmaqdadır. Parkın qorunması səbəbi ilə əhaliyə kənd təsərrüfatına icazə verilmədiyi üçün, yerli əhali turizm ilə məşğul olur.