Nağıllar, hekayələr

Xəta

Rəvayətə görə, Şah ismayılın özü kimi çox cəngavər bir həyat yoldaşı olub. Bəyim adlı sədaqətli qadın. O, Şah İsmayılın apardığı döyüşlərdə əri ilə çiyin-çiyinə vuruşur, düşməni vahiməyə salırmış.


Bir dəfə Bəyim xanım Naxçıvanın Şərur düzündə döyüş zamanı mühasirəyə düşür. Ərindən, qoşundan aralı düşən qadın təkbaşına döyüşdə misilsiz igidlik göstərir. Lakin nə qədər çalışırsa, mühasirədən çıxa bilmir. Bir neçə yerindən ağır yaralanır. Bundan sonra düşmən onu əsir alır.


Bəyim xanımın əsir düşməsi xəbəri Şah İsmayıla gec çatır. O, vaxtında köməyə gələ bilmədiyinə çox təəssüflənir, düşmənə fürsət verdiyi üçün özünü günahkar sayır. Qəmli-qəmli düşmən gedən yollara baxır, özünü məzəmmət edərək deyir:
–Nə böyük xəta elədim! Bəyim düşmən əlinə keçdi!


Bundan sonra Şah İsmayıla Xətai ləqəbi verirlər.