Təbiət

Sarcastic fringehead

Amerika qitəsinin qərbində, San-Fransiskodan (ABŞ) Aşağı Kaliforniyaya (Meksika) qədər olan ərazilərdə rast gəlinən bu maraqlı canlı, çox maraqlı bir quruluşa malikdir.

 

Okeanın 3-61 metr dərinliklərində tapılan bu növ, təxminən 38 dərəcə istilikdə yaşayır. Şüa üzgəcli balıqlar (Actinopterygii) sinfinə aid olan bu növün uzunluğu 30 santimetrə çata bilir.

 

Yanvar-avqust ayları arasında çoxalan bu canlının yumurtalarının orta diametri 1,2 millimetrdir. Bu balığın qəribə adı onun davranışının asanlıqla və birdən-birə dəyişib aqressivləşə bilməsindən irəli gəlir. Onlar olduqları ərazini çox yaxşı müdafiə edirlər və bunu edərkən yalnız başlarını yuvalarından çıxarıb ətrafı müşahidə etmək kifayətdir.

 

Təhlükə anında böyüklüyündən asılı olmayaraq, qəzəblənərək özündən on dəfə böyük bir növə belə hücum edə bilərlər. Təhlükə hiss etdikdə ilk öncə ağızlarını açır, dişlərini göstərir və özlərini daha iri göstərməyə çalışırlar. Təhlükə aradan qalxmasa, hücuma keçirlər. 2000-ci ildə edilən araşdırmaya görə, hücumlarında yalnız dişlərindən istifadə edirlər və bu dişlərin fiziki hücumdan başqa heç bir təsiri yoxdur və zəhərsizdir.

 

Həm ət, həm otyeyəndirlər. Normalda insanlara hücum etməyən və zərərsiz hesab edilən bir növdür. Bununla belə, ərazisinə daxil olan təhlükənin insan olduğu təqdirdə hücum etməkdən çəkinmədiyi müəyyən edilib.