Təbiət

Sundarban

Sundarban dünyanın ən böyük manqrov meşəsidir. Adı benqal dilində gözəl meşə deməkdir. Bəzi hesablamalara görə, park 10.000 kv km, bəzilərinə görə isə 6000 kv. km. ərazini əhatə edir. Sundarban Hindistan ilə Banqladeşin sərhədində yerləşir. Ərazinin yarıdan çoxu Banqladeşə aiddir. Hindistandakı hissə milli park elan edilib. 

 

Sundarban Milli Parkı 1966-cı ildə yaradılmışdır. Parkın torpaqları sundari ağaclarının kolluqları ilə örtülmüşdür - qoruğun adı da buradan gəlir. Milli park manqrovları və müxtəlif heyvanları qorumaq üçün yaradılmışdır.

 

Ümumi 245 cins və 334 bitki növü qeydə alınmışdır. Burada holofil ağaclar və qıjılar da bitir. 8-10 m uzunluğunda yarpaqları olan sapsız xurma, eləcə də aşağı boylu kokos palmaları var. 


Qoruğun sularında delfinlər, timsahlar yaşayır. Park ərazisinin sahili tamamilə manqrovlar və sundari kolluqları ilə örtülmüşdür. Meşənin dərinliyinə getmək mümkün deyil. Burada timsahlar hökm sürür. Çaydan sahilə, manqrovların və sundarilərin olmadığı yerdə ya sika maral sürüsü, ya qaban sürüsü, ya meymunlar, ya da hamısı birlikdə olur.

 

Parkda pələnglər xüsusilə qorunur.1973 ildə Sundarban meşəsində Benqal pələngini qorumaq məqsədi ilə qoruq olması qərarına gəlinmişdir.Səhər və ya axşam heyvanı çayın yaxınlığında görmək olar. 

 

Benqal pələngi ilə yanaşı burada müxtəlif quş növləri, ceyranlar, timsahlar, meymunlar ve piton ilanları, su tısbağaları ve kərtənkələlər yaşayır.

 

Sundarban meşəsi 1997-ci ildə Ümumdünya irsi siyahısına daxil edilmişdir.

 

Son illərdə Benqal pələnginin nəslinin kəsilmə təhlükəsi yaranmışdır. Banqladeş və Hindistan hökuməti 2011-ci və 2015-ci illərdə Sundarbanda təxmini 180 pələngin olduğunu bildirdi.