Təbiət

Qvineya turakosu

Qərbi Afrikanın düzən və sel təhlükəli meşələrində yayılan Qvineya turakosu turakolar ailəsinin bütün nümayəndələri kimi, ömrünün çox hissəsini ağaclarda keçirir, yalnız su içmək üçün yerə enir. Uçmaq qabiliyyətləri zəifdir, budaqdan budağa keçməyə üstünlük verir.

 

Bədəninin uzunluğu 40-43 sm, çəkisi - 225-290 q-dır. Əsasən tropik bitkilərin meyvələri ilə qidalanırlar.

 

Yuvada 2 yumurta olur, Həm dişi, həm erkək fərd 21-23 günlük inkubasiya dövründə iştirak edir.

 

 

Balalar doğulanda qalın bir tük təbəqəsi ilə örtülür. Valideynlər növbə ilə balanı qidalandırır.  26-28 günlük olarkən balalar yuvanı tərk edir, ancaq çox uzağa getmirlər. Uçmaq qabiliyyəti təqribən 38 günlük olarkən formalaşır. Tamamilə müstəqil olana qədər valideynləri tərəfindən qidalanırlar. Bu təxminən 9-10 həftə vaxt tələb edir.