Xəbərlər

Dövlət Uşaq Filarmoniyasında “Hədiyyəli qatar” adlı konsert təşkil olunub

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Hədiyyəli qatar” adlı konsert proqramı təşkil olunub.

 

AZƏRTAC xəbər verir ki, konsertdə Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, vokal sinifi, “Musiqili Uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, uşaq folklor rəqs ansamblı çıxış edib.

 

Rəngarəng musiqi nömrələri, bir-birindən parlaq səhnə geyimləri ilə zəngin olan proqram maraqla qarşılanlıb.