Şeirlər

Nizami Gəncəvi. "Atanın oğluna nəsihəti"

Oğul, sözlərimə yaxşı qulaq as, 
Ata nəsihəti faydasız olmaz: 
Nə hiyləgər, nə də vicdanı dar ol, 
Hal bilən, hal duyan bir sənətkar ol. 
Bir elmi öyrənmək istədikdə sən, 
Çalış ki, hər şeyi kamil biləsən. 
Kamil bir palançı olsa da insan, 
Yaxşıdır yarımçıq papaqçılıqdan. 
Məndən söyləməkdir, səndən eşitmək: 
Bir insan əliboş gəzməsin gərək.