Təbiət

Yengəcyeyən

Cənub yarımkürəsində ən çox yayılmış suitilərdən biri suitidən bir qədər böyük olan Yengəcyeyəndir. Adlanmasına gəldikdə bu onların hecdə yengəclə qidalanması ilə əlaqədar deyil. Onlar, əsasən krillə qidalanırlar.

 

Ortalama olaraq 20 il yaşayan Yengəcyeyənlərin əsas düşmənləri Dəniz bəbiri və Osadır.

 

Bu suitinin ağzında “bığları” olmadığı üçün suyu süzmək üçün diş aparatını uyğunlaşdırmışdır. Suyu ağzına götürəndə dişlər bağlanır və bir növ “süzgəc” əmələ gətirir, onun vasitəsilə su çölə atılır və qida içəridə qalır və birbaşa boğaza daşınır.

 

Yetkin fərdin bədəninin  uzunluğu 2,2–2,6 m, çəkisi isə 200–300 kq arası dəyişir. Dişilər erkəklərə nisbətən iri olurlar. 

 

Balalar iki-üç həftə südlə bəslənilir. Yetkinlik yaşına 2,5–6 ilində çatır. Balalar gün ərzində 4 kq çəki artırır. Süddən kəsildiyi günə qədər 110 kq çəki alır.