Xəbərlər

Nəğməkar şair məktəblilərlə görüşəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin budəfəki qonağı şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu olacaq.

 

Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüş aprelin 3-də paytaxtdakı 239 nömrəli tam orta məktəbdə keçiriləcək. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.