Xəbərlər

Altı yaşlı uşaq "Youtube"dan 11 milyon dollar qazanıb

Bakı, 13 dekabr, AZƏRTAC

 

Ryan adlı uşaq son bir ildə "Youtube"dan 11 milyon dollar qazanıb. AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Ryan adlı uşağın adına "Youtube"da kanalı yaradılıb və o, 10 milyondan çox abunəçiyə malikdir. 


Belə ki, valideynləri tərəfindən uşağın videoları çəkilərək "Ryan Toysreview" adlı kanala yerləşdirilir. Nəticədə abunəçilərin baxış sayına görə 2016-ci il iyunun 1-dən 2017-ci il iyunun 2-nə kimi 11 milyon dollar gəlir əldə edilib.

 

Ryan videoların əksəriyyətində müxtəlif oyuncaqları qutusundan çıxarıb baxır. Bəzən videolarda ailəsi və dostlarının da Ryanı müşayiət etdiyini görmək olar.