Xəbərlər

Riyaziyyat müəlliminin maraqlı və əyləncəli «açıq dərsi»

Bakı, 17 fevral, AZƏRTAC

 


Fevralın 17-də Sumqayıt şəhərindəki Məhəmməd Füzuli adına 15 saylı orta məktəbdə riyaziyyat fənnindən maraqlı və əyləncəli “açıq dərs” keçirilib.


AZƏRTAC xəbər verir ki, məktəbin riyaziyyat müəllimi Sarıtel Cəfərova “5ç” sinfində nümunəvi açıq dərs təqdim edib. 


Mövzusu “Dördbucaqlı” olan dərs yüksək motivasiya və şagird fəallığı ilə keçib. Şagirdlər öz təqdimatları ilə bilik və bacarıqlarını nümayiş etdiriblər. Dərs müasir fəal təlim əsasında qurulub, standartlar düzgün seçilib, resurslardan səmərəli istifadə edilib.


Öyrədici və əməkdaşlıq şəraitində keçən dərsdə məktəbin rəhbərliyi və fənn müəllimləri də iştirak ediblər.