Xəbərlər

Açıq havada piknik mövsümü açıq elan edildi

 Bakı, 6 aprel, AZƏRTAC


"Moms&Kids" klubu açıq havada piknik mövsümünü açıq elan edir. AZƏRTAC xəbər verir ki, piknik aprelin 11-də Botanika bağında təşkil olunacaq.


Piknikdə iştirak edənlər seçim üzrə çətir və ya sığırçın yuvası rəngləyəcəklər. Bundan əlavə, dadlı hamburger, içki və şirniyyatları dadacaqlar. Həmçinin fotosessiya da olacaq. Saat 12:00-da başlanacaq piknik dörd yaş və dörd yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.