Xəbərlər

Sabahdan şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Fevralın 20-si saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq.

 

Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, fevralın 20-dən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.

 

Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək.

 

Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.