Tapmacalar
Adamda yox,
İnsanda var,
Aləmdə yox,
Cahanda var.
Cavab:Nöqtə
***
Ağ çala qara toxum,
Əlim ilə əkərəm,
Dilim ilə biçərəm.
Cavab:Yazı
***
Ağ çöldə qara toyuq.
Cavab:Səhifə və yazı
***
Ağ köşəndə yer şumlayıram.
Cavab:Kağız üstündə yazı
***
Ağ üstündə qaralar,
Bir-birini qovalar.
Cavab:Yazı
***
Ağca atı nalladım,
Səmərqəndə yolladım.
Cavab:Məktub
***
Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə.
Cavab:Qələm
***
Anada var, atada yox,
Nuxada var, Bakıda yox.
Cavab:"N" hərfi
***
Araxçınım var atlas,
Ataram suya batmaz.
Cavab:Kağız
***
Bakıda bişər,
Şəkidə düşər.
Cavab:Məktub
***
Bir qapağı,
Min yarpağı.
Cavab:Kitab
13.12.2018