Bu maraqlıdır!

İnfeksiya mənbələri və yoluxma mexanizmi

İnsanlar müxtəlif yoluxucu xəstəliklərə yoluxur və bu xəstəliklərin yayılmasına səbəb olurlar. Çox vaxt onlar xəstəliyə necə yoluxduqları barədə fikirləşirlər. Sizcə, onlar necə yoluxurlar?
 
Əsas infeksiya mənbələri:
 
İnsanlar - xəstələr (infeksiya daşıyanlar);
Heyvanlar - ibtidai və ali heyvanlar (infeksiya daşıyanlar);
Ətraf mühitin abiotik amilləri - torpaq, su, hava (infeksiyalı).
 
İnfeksiya mənbəyi törədicinin yaşaması, çoxalması və toplanması üçün əlverişli olan təbii mühitdir.
 
Törədicinin yoluxma mexanizmi xəstəlik törədicisinin yoluxmuş orqanizmdən sağlam insan və ya heyvan orqanizminə ötürülməsidir. Bu mexanizm 3 mərhələdə həyata keçirilir:
 
1. Yoluxmuş orqanizmdən törədicinin ayrılması;
2. Törədicinin xarici mühitdə olması - hava, qida, su və s.
3. Törədicinin xarici mühitdən yeni, sağlam orqanizmə daxil olması.
 
Törədicilərin ötürülməsi müəyyən yollarla baş verir:
 
• Damcı (qrip, qızılca və s. virusları);
• Hava-damcı (vərəm);
• Həzm yolu ilə (vəba, qarın yatalağı, dizenteriya, dabaq və s.);
• Təmas yolu ilə (göbələk xəstəlikləri, qoturluq, səpkili yatalaq və s.);
• Transmissiv - qansoran heyvanlar vasitəsilə (malyariya, qoturluq, ensefalit və s.).