Şeirlər

Ələsgər Əlioğlu. Qara küçüyümüz

Küçüyümüz var bizim,
Qaradı, qapqaradı.
Elə buna görə də
Kömür qoyulub adı...


 
Haçankı kömürlükdə,
Gedib oynayır Kömür;
Uzaqdan ha baxsaq da
Kömürlükdə görükmür...