Afişa

Bakı fotoqrafiya evinin ilk sərgisi keçiriləcək

Uzun müddətdir ki, gözlənilən Bakı Fotoqrafiya Evinin açılış mərasimi 14 fevral saat 18:30-da İçərişəhərin tarixi tikilisi olan Zəncirli Binada keçiriləcəkdir. 

 

Fevralın 15-də isə Bakı Fotoqrafiya Evinin ilk sərgisi keçiriləcək. Sərgi "İçəri Şəhər" adlanır. Bu fotolayihə bizə Şəhərlə Fotoqraf arasında yarım əsr müddətində cərəyan edən dialoq prosesini izləməyə imkan verəcək. 

 

Böyük Qala küçəsi 42 ünvanında yerləşən Zəncirli Binada nümayiş olunacaq “İçəri Şəhər” sərgisi  14 aprel tarixinə qədər davam edəcəkdir.