Afişa

Bu həftə Milli Dram Teatrında dörd tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı həftə ərzində maraqlı səhnə əsərləri ilə tamaşaçılarının görüşünə gələcək.

 

AZƏRTAC xəbər verir ki, bu həftə təqdim olunacaq dörd tamaşa klassik və çağdaş əsərlər əsasında hazırlanıb.

 

Belə ki, sənət ocağının səhnəsində martın 1-də “Ölülər”, 2-də isə “Anamın kitabı” və “Vəsiyyət” “tamaşaları göstəriləcək. Teatrsevərlər “Cəhənnəm sakinləri”nə isə martın 3-də baxa biləcək.