Təbiət

Kepel meyvəsi

Kepel meyvəsi kimi tanınan Stelechocarpus burahol meyvəsi sərt, eliptik, parlaq yarpaqları olan, Cənub-Şərqi Asiya meşələrində bitən həmişəyaşıl bitkidir. 

 

Meyvə yalnız Yava və İndoneziyada bitir. Bitkinin meyvəsi yalnız budaqlarında deyil, həm də və gövdəsinin aşağı hissələrində yetişir. Meyvənin manqo meyvəsinə bənzəyən, ədviyyatlı bir dadı var. Meyvələr oval şəkilli, 3-4 sm boyunda, yaşıl-sarı rəngdə olur. Toxumları vasitəsilə çoxaltmaq mümkündür.


Kepel meyvəsi yapon şahzadələri tərəfindən sevilən bir meyvə idi. Çünki birliyin, zehni və fiziki bütövlüyün simvolu hesab edilirdi. 


Ağacın ətrafına yaxınlaşan zaman insan tərindən bənövşə çiçəyinin ətri gəlir. Bu səbəbdən,bəzi insanlar onu əkmirdilər çünki bu ağacın lənətlənmiş olduğuna inanırdılar. Ağacdan dezodorant hazırlanmasında istifadə edirlər. Buna görə də, nadir bitkidir və ağacın sayı azdır. 


Meyvənin dəyib-dəyməməsini yalnız onu böldükdən sonra bilmək olar. Əgər ləti qəhvəyi və ya narıncı rəngdədirsə deməli yeyilə bilər.