Görkəmli şəxsiyyətlər

Yevgeniy Permyak

Permyak Yevgeniy Andreeviç- rus yazıçısı, uşaq nağıllarının müəllifidir. Permyakın nağılları 1924-cü ildən nəşr olunmağa başlanıb. 30-cu illərdən başlayaraq isə bir dramaturq kimi fəaliyyət göstərib.


Permyak Yevgeniy 18 oktyabr 1902-ci ildə Permdə anadan olub. Yeri gəlmişkən, bu soyad  yazıçının doğma yurdunun şərəfinə götürdüyü təxəllüsüdür. Əsl soyadı Vissov idi.


Yevgeninin valideynləri adi işçilər idi. Atası poçt şöbəsində, anası isə toxuculuq fabrikində çalışırdı. Belə oldu ki, ömrünün ilk ilində oğlan evini tərk etmək məcburiyyətində qaldı. Anası ilə birlikdə qonşu Votkinsk şəhərinə köçdü.


Votkinskdə Permyak kilsə məktəbini bitirdi və sonra işə düzəldi. Əvvəlcə Kupinskiy ət emalı mərkəzində çalışdı, daha sonra Permdəki Konfet Fabrikində işə düzəldi. Elə bu dövrlərdə Yevgeninin ədəbi istedadı oyanmağa başladı. Həm nəsr, həm də şeir yazmağa başladı. Gənc istedadın şerləri bir neçə qəzetdə - Zvezda və Krasnoye Prikamye-də dərc olunmağa başladı. Düzdür, gənc yazıçı ilk zamanlar əsərlərindən bir az utanırdı, buna görə də "Master Nepryaxin" təxəllüsü ilə imza atırdı.


1924-cü ildə Yevgeniy Permyak Perm Universitetində təhsil almağa başladı, ancaq ədəbi fəaliyyətini dayandırmadı. Digər tələbələrlə birlikdə, sadəcə "JQT" adı verilən "Canlı Teatr Qəzeti" ni təsis etdi. Qəzetin hər yeni buraxılışı sakinlər tərəfindən xoş qarşılandı və çox tez bir zamanda Permdə populyar oldu.


Təhsilini bitirdikdən sonra Yevgeniy Moskvaya köçdü və burada dramaturq kimi fəaliyyətə başladı. Bu zaman onun iki məşhur pyesi çıxdı - "Perekat" və "Les şumit".  Əsərlər tamaşaçılar tərəfindən o qədər sevildi ki, çox keçmədən tamaşa kimi ölkənin bütün teatr məkanlarında nümayiş olunmağa başladı.


1946-cı ildə Yevgeniy Permyakın "Kim olmaq lazımdır?" adlı ilk kitabı nəşr olundu. Bu kitab geniş hekayələr toplusudur: uşaqlara müxtəlif peşələr haqqında məlumat verir, hər peşənin öz cazibədarlığını göstərir və gənc oxuculara daima nəticə əldə etmək üçün çox çalışmağı öyrədir. Yazıçı uşaqlar üçün hazırladığı digər əsərlərində də oxşar mövzuları davam etdirir. Bunların arasında "Babanın pul qabısı" (1957), "Boz qurdun nağılı" (1960), "Açarsız qala" (1962), "Qozbel ayı" (1965) və s. adını çəkmək olar.


Yevgeniy Permyakın daha yetkin oxucu dairəsi üçün nəzərdə tutulmuş daha ciddi hekayələr və romanları var: "Son şaxta" (1972) sevgi hekayəsi, “Gələcək Günlərin Qəhrəmanları (1951)”, “Həyatımızın lifbası” (1963, 1972), “Torpağım” (1970).


Yevgeniy Permyak 17 avqust 1982-ci ildə Moskvada vəfat edib. Vaqankovski qəbiristanlığında dəfn edilib.