Afişa

Bakıda Beynəlxalq Uşaq Kitab Günü qeyd ediləcək

Aprelin 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş uşaq kitab sərgisi açılacaq.

 

AZƏRTAC xəbər verir ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə reallaşacaq tədbir çərçivəsində H.X.Andersenin “Qar Kraliçası” tamaşası da təqdim olunacaq.

 

Tədbirin keçirilməsində məqsəd, uşaqların və yeniyetmələrin intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliəyə maraq oyatmaqdır.