Bu maraqlıdır!

Zeytunun faydaları

Hələ qədimdən bəri Abşeronda yetişən zeytun insan sağlamlığı üçün ən faydalı meyvələrdən biri hesab olunmuşdur. Zeytun ağacının kökü, yarpağı, budağı, meyvəsi, tumunun yağı, hətta yağın çöküntüsü də insan üçün şəfalıdır. Zeytun yağının tərkibi ilə ana südündəki yağın tərkibi bir-birinə çox bənzərdir. Odur ki, ana südü ilə qidalanmayan uşaqlara zeytun yağı ilə hazırlanmış yemək vermək məsləhət görülür.


Qan təzyiqi olan adamlara zeytun ağacının yarpaqlarından istifadə etmək məsləhət görülür. Damarlarda kirəcləşmənin qarşısını alan zeytun yağının qidalılığı çox yüksəkdir. Ürəyindəmüəyyən problemlər olan adamlara zeytun yağından istifadə etmək xeyirlidir. E, A, D və K vitamini ilə zəngin olduğu üçün bu yağ uşaqların sağlam böyüməsinə müsbət təsir göstərir. Öd kisəsində ağrıları olanlar da zeytun yağından istifadə edərək şəfa tapa bilərlər. Bu yağ uşaq və yeniyetmələrdə sümüyün inkişafına, minerallarla təmin olunmasına kömək edir.


Zeytun yağı həzmi asanlaşdırır, dəriyə parlaqlıq verir. Bu yağdan qastrit və mədə yarasına qarşı da təbii bir qoruyucu kimi istifadə olunur.


Qısası, insan orqanizmi üçün ən faydalı yağ zeytun yağıdır. Zeytunun özü də orqanizm üçün çox faydalıdır. Hətta bəzi tibb alimləri yazırlar ki, hər gün süfrəsində zeytun olan adamın xəstəliyi olmaz.
Azərbaycanımızın ən gözəl nemətlərindən biri olan zeytundan faydalanmağa çalışın.