Xəbərlər

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 may – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür.


2006-cı ilin noyabrında BMT Baş Assambleyasının yenilənmiş 68 nömrəli qətnaməsi ilə 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunmağa başlanmışdır.


Bu beynəlxalq günün təyin olunmasında əsas məqsəd, internet də daxil olmaqla, informasiya və kommunikasiya texnologiyalarının (İKT) cəmiyyətin inkişafındakı mühüm rolunu işıqlandırmaqdır.