Afişa

DTX Mədəniyyət Mərkəzində “Qırmızı papaq və Redmüzi” tamaşası nümayiş olunacaq

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Qırmızı papaq və Redmüzi” tamaşası nümayiş olunacaq.

 

Mədəniyyət Mərkəzində AZƏRTAC-a bildiriblər ki, səhnə əsəri tam fərqli ssenari ilə iyunun 1-2-də 12:00-də, 15:00-da və 18:00-da balaca tamaşaçıların görüşünə gələcək.

 

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək mümkündür.