Afişa

Dəmir yolu xəstəxanasında aksiya keçiriləcək

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Dəmir Yolu Xəstəxanasında aksiya keçiriləcək.

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, gənc nəslin sağlam böyüməsi vacib şərtdir və respublikamızda keçirilən bu kimi tədbirlər səhiyyə işçiləri tərəfindən atılan humanist bir addım kimi dəyəriləndirilir.

 

Dəmir yolu xəstəxanasında keçiriləcək aksiya uşaqlara əsl bayram hədiyyəsi olacaq.

 

Qeyd edək ki, xəstəxana dəfələrlə bu kimi tədbirlərə imza atıb. Bayram günü aksiyada pediatriya baxışı pulsuz olacaq. Müayinələrə isə 40 faiz endirim ediləcək.

 

Xəstəxanaya gələn uşaqlara al-əlvan bəzədilmiş otaqlarda bayram əhval-ruhiyyəsi yaşadılacaq.