Nağıllar, hekayələr

Qazlar Romanı xilas etdi ifadəsi necə yaranıb?

Qazlar Romanı xilas etdi ifadəsi necə yaranıb?

 

E. ə. 390-cı ildə İtalıyanın şimalında məskunlaşan döyüşkən Kelt tayfaları Romaya yürüş etdilər. Papaqlarına xoruz lələkləri bağladıqları üçün romalılar onları “qall” xadlandırırdılar. “Gallus” sözü latıncadan tərcümədə xoruz demək idi.

 

Romalılar onlarla bacara bilmədi və şəhərdən tamamilə qaçıb Kapitoli təpəsində gizləndilər. Şəhərdə yalnız senatorlar qaldı. Qallar şəhərə daxil oldular,  senatorları öldürdülər və şəhəri yandırdılar. Yalnız Kapitoli təpəsini tuta bilmədilər. Onlar Kapitolini talamaq istəyirdilər. Çünki bilirdillər ki, orada çoxlu sərvətlər var. Kapitoli dik bir təpədə yerləşirdi, bir tərəfdən divarlarla əhatə olunmuşdu, digər tərəfi isə uçurum idi.

 

Qallar gecə vaxtı xəlvəti bir-birlərini aşağıdan dəstəkləyərək, nizə və qılınclar verərək uçurumdan Kapitoli təpəsinə çıxdılar. Elə sakitcə Kapitola daxil oldular ki, onları heç itlər də eşitmədi.

 

Birdən qazlar nə isə hiss edib səs-küy saldıar. Bir romalı oyandı, divara tərəf qaçdı və uçurumun altındakı qallı itələdi. Qall yıxıldı və arxasında qalanları da yıxdı.Səs-küyə romalılar oyandılar və təpəni ələ keçirmək istəyən qalları məhv etdilər. Daha sonra Romalılara kömək gəldi və onlar qalları məğlub edib qovdular . «Qazlar Romanı xilas etdi» ifadəsi buradan yaranmışdır.