Bacarıqlı əllər

Şən arı

Yazda ağaclar tumurcuqlayır, çiçəklərdə tozcuqlar əmələ gəlir və arılar qollarını çırmalayıb işə başlayırlar. Baharda arı pətəklərində çoxlu arı körpələri də dünyaya göz açırlar. Bu gün sizə şən arını necə düzəltmək lazım olduğunu göstərəcəyik.  Yəqin ki sizin evdə boş yoqurt və ya ayran qabı tapılar. Bir də bizə bir az boya və bir qədər də plastilin lazım olacaq.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1. Boş yoqurt qabının hər iki tərəfində deşik açaq və kağızdan düzəltdiyimiz qanadları bu deşiklərə bərkidək. İstəsəniz qanadları plastilinə də bərkidə bilərsiniz.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2. Yoqurt qabını qara və sarı xətlərlə boyayaq. Kağızı əlimizlə əzib bərk kürə şəklinə salaq və onu qabın boğazına yerləşdirək.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3. Kağızdan kəsilmiş ayaqları plastilinin köməyi ilə qaba bərkidək. Arının xortununu və gözlərini də plastilindən düzəldək.