Görkəmli şəxsiyyətlər

Ceyms Hetton

Şotland əsilli geoloq, həkim, kimyaçı və təbiyyətşünas Ceyms Hetton  1726-cı ildə Şotlandiyanın Edinburq şəhərində anadan olub. Edinburq universitetini bitirən Hetton bütün ömrünü Şotlandiyanın geoloji tədqiqinə həsr edib. O, elmi biliklərə universitet təhsilinə görə nail olub. Onun əldə etdiyi ən mühüm nəticələrdən biri qranit və bazaltların maqmatik mənşəli olması qənaətinə gəlməsidir. Bununla da o, plutonizm nəzəriyyəsinin tərəfdarları sırasında olduğunu bildirib. 

 


Hetton bu nəzəriyyəsi barədə əvvəlcə Edinburq kral elmi cəmiyyətində məruzə edir. Sonra isə həmin məruzəni cəmiyyətin jurnalında dərc etdirir. Yerin tsiklik inkişaf modelini verir. Bizim planet dinamiki tarazlıq vəziyyətindədir. Vulkanların püskürməsi sayəsində planetimiz daim daxili hərarətdən azad olur və qurunun qalxması hadisəsi baş verir. Dənizlərdə çöküntülər əmələ gəlir. Yerin mənzərəsi kataklizmlər nəticəsində deyil, tədricən dəyişir. Təbiətdə baş verən bütün hadisələr sabit xarakterlidir. Hetton elmə uniformizm adlanan “geoloji proseslərin saxlanması” prinsipini gətirib. Sonralar bu fikri onun varisi Çarlz Layel inkişaf etdirib. Bu nəzəriyyə üzərində Hetton uzun müddət işlədikdən sonra ikicildlik “Yer nəzəriyyəsi” traktatı işıq üzü görüb. Lakin öz həmkarlarının müsbət rəyini eşitməmiş Hetton dünyasını dəyişib.

 

1970-ci ildə Beynəlxalq astronomiya cəmiyyəti Ayın görünməyən tərəfində olan bir krateri Hettonun adı ilə adlandırıb.

 

Ceyms Hetton 1797-ci il martın 26 da vəfat edib.