Afişa

“Yeni nəfəs” adlı solo konsert proqramı təqdim ediləcək

Noyabrın 8-də Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan “Yeni nəfəs” adlı solo konsert proqramı təqdim edəcək. 


AZƏRTAC xəbər verir ki, konsertdə təhsil müəssisəsinin şagirdləri gözəl ifaları ilə çıxış edəcəklər. Həmçinin məktəbin direktoru, Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva öz ifası ilə azyaşlı şagirdlərə dəstək olacaq.