Bakı Kitab Mərkəzinə “Yeni il gəlir”
Bakı Kitab Mərkəzi Yeni il ərəfəsində balacaları sevindirəcək.
AZƏRTAC xəbər verir ki, mərkəzdə yeni yaradılmış “Oyan” Uşaq Teatrı dekabrın 27-də “Yeni il gəlir” adlı tamaşanın premyerasını nümayiş etdirəcək.
Musiqi və zarafatlarla dolu tamaşa dekabrın 27-də mərkəzin 2-ci mərtəbəsində göstəriləcək.
Biletlər Bakı Kitab Mərkəzinin kassalarında satılır.
20.12.2019