Şeirlər

Gülzar İbrahimova. "Hansı peşəni seçim?"

 

Gərək mən qərar verim,

Özümə peşə seçim.

Hansı sənət yaxşıdır,

Hansı peşəni seçim?

 

Bəlkə mən rəssam olum,

Yaxşı rəsmlər çəkim?

Bəlkə mühəndis olum,

Hündür binalar tikim?  

 

Bəlkə olum bir həkim,

Xəstələnərsə hər kim,

Ona dərman yazaram,

Tez onu sağaldaram!

 

 

Olacağam diş həkimi,

Dişi ağrısa, hər kimin

Müalicə edəcəyəm,

Uşaqlara deyəcəyəm:

 

"Uşaqlar, səhər-axşam

Dişlərinizi yuyun,

Onları təmiz saxlayıb,

Mikroblardan qoruyun!" 

 

Mən bir tibb işçisi olsam,

Xəstələri sağaldaram.

Dərmanın acılığını,

Xoş sözlə unutduraram!

 

 

 

İndi mən çox oxusam,

Böyüyüb alim olsam,

Mənə hörmət edərlər,

"Alim əmi" deyərlər!

 

Yaxşı peşədir dərzilik,

İstəyirsən lap palto tik!

Hamı sənə "usta" deyir,

Sənə paltar tikdirir.

 

 

 

 

 

 

 

Dülgər olsam öyünərəm,

Sənətimlə fəxr edərəm.

Taxtadan gözəl əşyalar,

Hətta mebel düzəldərəm!

 

 

 

 

 

 

 

 

 

 

 

Poçtalyon işləsəm mən,

Hamını sevindirərəm,

Hər evə qəzet, məktub,

Teleqram gətirərəm!

 

 

Olsam yanğınsöndürən,

Peşəmlə öyünərəm.

Harda yanğın baş versə,

Tez qaçıb söndürərəm!

 

 

 

 

 

 

Müəllim olsam əgər,

Sevər məni şagirdlər.

Onlara bilik verərəm,

Sənətimi cox sevərəm!

 

Aşpaz olmaq istəsən,

Bu sənəti sevməlisən.

Dadlı yeməklər bişirib,

Süfrələrə verməlisən!

 

 

 

 

 

Mən kapitan olacağam,

Tufandan qorxmayacağam.

Gəmim ilə uzaqlara,

Səfərə yollanacağam!

 

Dərslərimi oxuyaram,

Böyüyüb pilot olaram.        

Özüm təyyarə sürərəm,

Göydən sizə əl edərəm!

 

 

 

 

 

 

Mən kosmanavt olacağam,

Düz kosmosa uçacağam!

Həm dərslərdən əlaçıyam

Həm də yaxşı idmançıyam!