Bu maraqlıdır!

Niyə insanlar asqıranda bir-birinə “sağlam ol” deyirlər

“Sağlam ol” ifadəsi necə yaranıb?


Dünyanın çox yerində, o cümlədən Azərbaycanda asqıran şəxsə, səbir gətirənə ətrafındakılar dərhal “Sağlam ol!” deyirlər və bu, bir həyat tərzinə çevrilib. 


Qədim zamanlarda dərman preparatları, xüsusilə də antibiotiklər yaranana qədər insanlar infeksiya xəstəliklərindən əziyyət çəkir və həyatla vidalaşırdılar. Qeyd edək ki, infeksiya xəstəlikləri zamanı xəstə  tez-tez asqırır, özünü əzgin hiss edir. Dərmanların olmadığı zamanlarda insanlar hətta ən adi xəstəlik olan soyuqdəymədən belə vəfat edirdilər. Beləliklə, infeksiyalı xəstəliklərdən əziyyət çəkərək asqıranlara “sağlam ol” deyirdilər.  


Tibb mütəxəssislərinə görə, insan asqırmaqla saniyənin onda biri qədər bir zamanda hava girişləri bağlanaraq saatda 300-350 km sürətlə 85 milyon bakteriyanı bomba kimi havaya atır. Beləliklə, tibbə görə, asqırmaq yuxarı tənəffüs yollarının qıcıqlanması, yad cisim, müxtəlif iylər, qıcıqlandırıcı təsir göstərən istənilən maddə, yaxud da iltihabi proses nəticəsində baş verən reaksiyadır.