Yumor

Ayağı yer alar...

Bir gün yenə də yolda Molla Nəsrəddinin eşşəyinin tərsliyi tutur. Molla nə qədər döyür, nə qədər bizləyirsə, ayaqlarını yerdən götürmür ki, götürmür. Molla evə gəlib arvada tapşırır:
– Arvad, o mənim atamı yandırıb. Gərək düz bir ay onu ac saxlayam.


Saman-zad versən, özün bil!
Arvad danlayır ki:
– A kişi, dəli olma! Eşşəyi ac saxlarsan ölər.


Qərəz... Çox xahişdən sonra axır ki, Molla yumşalıb deyir:
– Yaxşı, arvad, apar saman ver, amma bilməsin ki, mən icazə vermişəm ha... Ayağı yer alar.