Bu maraqlıdır!

Dünyanın ən uzun tuneli: Qotard

Dünyanın ən uzun tuneli İsveçrədəki Qotard tunelidir. Onun uzunluğu 57 kilometrdir. İnşası 17 il davam etmiş tunelin tikintisinə 11 milyard avrodan artıq vəsait xərclənib. Qotard tuneli Alp dağlarının 2,3 kilometr dərinliyindən keçir. O, İsveçrənin Alp dağlarının altından keçərək şimal və cənubi Avropanı birləşdirən yüksək sürətli dəmiryol xəttidir. 


İsveçrə deyir ki, bu, Avropa yük daşıma nəqliyyatında bir inqilabdır. Milyonlarla yük maşınlarında nəqliyyat yolu ilə daşınan məhsullar il ərzində qatarla daşınır.


Qeyd edək ki, tunelin təntənəli açılış mərasimi 8 milyon avroya başa gəlib.