Görkəmli şəxsiyyətlər

Otom de Forest

Hazırda 19 yaşı olan Otom de Forest (27 oktyabr 2001, Los-Anceles, ABŞ) dünyanın ən gənc və tanınmış rəssamıdır. O, kiçik yaşlarında Discovery kanalı tərəfindən  "möhtəşəm rəssam" elan edildikdən sonra dünyaca məşhur oldu. Böyük medialar gənc rəssamdan və onun dünyaca məşhur rəssamların əsərlərinə bənzər əsərlərindən danışmağa başladı. 


Otomun rənglərə sevgisi 5 yaşı olanda başladı. Atası taxta mebelləri rəngləyən zaman, balaca qızcığaz atasının yanında boyalarla təcrübə etməyə başladı. Uşaqdakı inanılmaz istedadın fərqinə varan valideynlər qızı hər işdə dəstəklədilər: fırçalar, boyalar, rəsmlər aldılar. Hətta musiqi studiyasını onun sərgi studiyasına çevirdilər.


6 yaşında olanda Otom ilk sərgisini, daha sonra isə əsərlərinin 100.000 dollardan çox satıldığı bir auksion keçirdi. Harvard Universitetinə dəvət olundu, burada məktəblərdə sənət öyrətməyin əhəmiyyəti haqqında mühazirələr oxudu. Ziyarətçilərin sayı günü-gündən artırdı. 


2015-ci ildə Otom, Vatikana dəvət olundu, burada sənət və mədəniyyət sahəsindəki nüfuzlu beynəlxalq mükafatı və dünyanı yaxşıya doğru dəyişdirən bir neçə gənc arasında Quizeppe Şakka (The Guiseppe Sciacca Awards) mükafatını aldı. 


Ümumilikdə, 2016-cı ilin iyun ayına qədər onun əsərləri cəmi 7.000.000 dollara satıldı. 2010-cu ildəki auksionundan sonra Discovery Health Channel kanalı “Gənc istedadlar” proqramı çərçivəsində onun haqqında veriliş hazırladı. Qızla bağlı reportajlar regional və milli xəbərlərdə, həmçinin ABŞ televiziya şoularında, o cümlədən NBC kanalında  yayımlanan "The National Show" və "Wendy Williams show" kimi məşhur şoularda nümayiş olundu. 


Hazırda gənc rəssam Beynəlxalq komitələr ilə əməkdaşlıq edir.
Otom de Forestin əsərləri Andy Warhol, Pablo Picasso, Henri Matisse və Jasper Johns kimi məşhur rəssamlarının rəsmləri ilə birlikdə beynəlxalq qalereyalarda sərgilənir.