Təbiət

Birhürgüclü dəvə - Dromedar

Birhürgüclü dəvə (lat. Camelus dromedarius) və ya Dromedar - dəvə cinsinə aid böyük səhra heyvanıdır. Əvvəllər Afrikanın Şimalı və Yaxın Şərq səhralarında vəhşi birhürgüclü dəvələrə rast gəlinirdisə, hazırda Asiya və Afrikada ev heyvanı kimi saxlanılır. 


"Dromedar" adı yunan mənşəlidir "qaçan" kimi tərcümə olunur. 


Baktriandan fərqli olaraq, Dromedarın yalnız bir hürgücü var. Onların ölçüləri də daha kiçikdir: bədən uzunluğu 2.3-3.4 m, hündürlüyü 1.8-2.3 m-dir. Yetkin dromedarın kütləsi 300 ilə 700 kq arasında dəyişir. Quyruğu qısadır: uzunluğu 50 sm-dir. Ayaqları uzundur. Kürküsü əsasən ağ rəngdən tünd qəhvəyi rəngə qədər dəyişə bilir. 


Heyvan quraq bir iqlimdə yaşamağa yaxşı uyğunlaşmışdır. Bədənində çox miqdarda su saxlayaraq uzun müddət su içmədən yaşaya bilər. Bədənində mayenin itkisi 40% -ə qədər ola bilər, ancaq bu dəvə bir dəfəyə çox miqdarda su içir və bununla da itirilən mayenin həcmini kompensasiya edir. 10 dəqiqədə 100 litrə qədər su içə bilir.


Birhürgüclü dəvə otyeyəndir, hər növ bitki yeyir, hətta duzla belə qidalanır. Qidanı praktik olaraq çeynəmədən udur, bu formada qida həzm baş verdiyi ön mədəyə daxil olur.


Dromedar, Şimali Afrika, Orta Şərq və bütün Hindistana qədər bir ev heyvanı olaraq yayılmışdır. Növ Balkanlarda, Afrikanın Cənub-Qərbində və Kanar adalarında, eləcə də Avstraliyada geniş yayılıb. 
Erkək və dişi dromedar bir-birlərindən fərqlənmir. Birhürgüclü dəvələr günortadan sonra aktiv həyat tərzi keçirir. 


Cütləşmə vaxtı qışdadır. Hamiləlik 360 ilə 440 gün arasında davam edir, bundan sonra bir bala doğulur, əkizlər çox nadir hallarda doğulur. Həyatın ilk gününün sonunda yeni doğulmuş dəvələr müstəqil şəkildə gəzə bilər. Analar, övladlarına 1-2 il qulluq edirlər, baxmayaraq ki, süd qidalanması yalnız ilk altı ay davam edir. Bir dişi dəvədə növbəti hamiləlik doğuşdan yalnız iki il sonra baş verə bilər. Dişilərdə cinsi yetkinlik 3 yaşda, erkəklərdə isə 4-6 yaşda olur.


40-50 il yaşayırlar.