Afişa

Kukla Teatrı azyaşlı tamaşaçılarını dəvət edir

Fevralın 1-də A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı kollektivi iki səhnə əsəri -“Pişiyin evi” və “Çipollino”nu balaca teatrsevərlər üçün təqdim edəcək.

 

AZƏRTAC xəbər verir ki, tamaşaçılar müvafiq olaraq saat 12.00 və 14:00-da “Pişiyin evi”ni, 16.00-da isə “Çipollino”nu izləmək imkanı qazanacaq.

 

Qeyd edək ki, sənət ocağının səhnəsində gələn ay iyirmidən çox tamaşa nümayiş ediləcək.