Təbiət

İlanların xüsusiyyətləri

Kərtənkələlərdən əmələ gəlmiş ilanlar ensiz və uzundur, əl-ayaqları olmur. Daxili orqanları, məsələn, qaraciyər və ağciyərləri ensiz və uzundur: çoxalma orqanları və böyrəkləri bir-birinin ardınca bədəni boyunca yerləşmişdir. 


Bəzi ilanların, hətta sol ağciyəri yoxdur. Əl-ayağı olan digər heyvanlardan fərqli olaraq, ilanlar yırtıcılardan qaçıb geniş sahələrdə ov edə bilirlər. İlanların dişi ensiz və uzun, əksər hallarda isə zəhərli olur. Uzun, elastik bədəninin köməyi ilə halqa şəkildə qıvrılıb qurbanını boğur, yumurtalar ətrafında qıvrılaraq istiliyi saxlayır və yaxud kürə şəklini alaraq yırtıcını qorxudurlar. İlanlar müxtəlif yerlərdə yaşayır və onların pulcuqları hamar və yaxud kobud olur. Böyüdükcə ilan qabığını atır və əvəzinə yenisi əmələ gəlir.


İlanların əksəriyyəti yırtıcıdır. Həssas dili ona havanın “dadını” hiss etmək üçün lazımdır. Yumurtadan çıxmış ilan xırda heyvanlarla, qurbağa və kərtənkələlərlə qidalanır, böyüdükcə isə onun qurbanları da iriləşir.


Qabıqları balacalaşan kimi ilanlar onu atırlar. Qabıqdıyişmə zamanı  ilan burnunu bərk bir yerə sürtür və bundan sonra qıvrılaraq köhnə dəridən çıxır. 


İlanların pulcuqları onların həyat tərzi barədə bizə geniş məlumat verir. Bataqlıq və şirin sularda yaşayan ilanların şişəbənzər pulcuqları onlara bir tərəfdən digər tərəfə hərəkət etməyə, bədənlərini isitməyə və soyutmağa kömək edir. Hamar pulcuqlar onların yerdə hərəkətini asanlaşdırır. Kobud dənəvər pulcuqlar su və dəniz ilanlarına sürüşkən qurbanlarını tutub saxlamağa imkan verir. 


Kobud səthi olan budaqvari pullar bir çox dəniz və su ilanlarına sürüşkən qurbanı tutub saxlamağa kömək edir.


İlanların gözləri zədədən qoruyan xüsusi şəffaf göz qapaqları ilə örtülüdür. Gecə növlərinin bəbəkləri, pişiklərdəki kimi dik olur.


Gecə fəal olan ilanların gözləri kiçik olur və ov zamanı dilləri ilə qoxlayır və istiqanlı heyvanların istiliyini duyan orqanlarından istifadə edirlər. 


Gündüz ilanlarının gözləri isə iri olur və bu ilanlar da qurbanlarını və yırtıcını tapmaq üçün dillərindən istifadə edirlər.