Xəbərlər

5 Fevral - Dünya Nutella günüdür

Yəqin ki, dünyada Nutellanın dillərə dastan dadını bilməyən uşaq yoxdur.


2007-ci ildə İtaliyada yaşayan Sara Rosso tərəfindən yaradılmış Dünya Nutella Günü 2015-ci ildən bütün dünyada qeyd olunmağa başlayıb.


İnsanlar hər il 5 fevralda sosial mediadan Nutella şəkilləri, reseptləri və mesajlar paylaşaraq bu günü qeyd edirlər.


İlk dəfə 1942-ci ildə Ferrero’nun qurucusu şirniyyat ustası Pietro Ferrero tərəfindən yaradılan dadlandırılmış şokoladlı fındıq əzməsi-Nutella, zaman içərisində bütün dünyada istehlak edilən və sevilən markalardan biri halına gəldi.


Əsasən, palma yağı, fındıq, kakao və yağsız süt Nutella hazırlamaq üçün istifadə edilən məhsullardır.


Ancaq Amerikadakı insanlar daha çox dad almaq üçün soya maddələri də əlavə edirlər. Bir çox ölkədə Nutellanı “Fındıq Kremi” adlandırırlar.


Nutellanı, normal otaq temperaturunda saxlamaq lazımdır. Açıldıqdan sonra da, soyuducuya qoymayın.