Təbiət

İlanlar hərəkətdə

İlanlar müxtəlif yerlərdə yaşamaq üçün 4 hərəkət üsulu yaratmışlar: Yerlə və yaxud su ilə hərəkət etmək üçün yandan dalğavari hərəkət, çatlar arasında və yuva kimi dar yerlərdən keçmək üçün bədənlərini çəkib qısaldaraq (qarmonvari) hərəkət, iri ilanların yerdə yavaş-yavaş düz hərəkəti, sürüşkən yerlərdə, məsələn, barxanlarda yaşayan ilanların yandan hərəkəti.


Bədənin yandan dalğavari hərəkəti ilanlara yer səthində və ya daşlar üzərində yüksək sürətlə hərəkət etməyə imkan verir.


Adətən əksər ilanların hərəkət sürəti saatda 3-7 km-dir. Ən yüksək nailiyyət isə Afrikadan olan qara mambanın adı ilə bağlıdır. O, 43 metr məsafəni saatda 11 km-sürətlə qət edir.
Piton və gürzələr qarınlarının xüsusi hissələri ilə təkan verərək düz sürünürlər. Bu düzxətli hərəkət adlanır.


Dəniz və başqa su ilanları quru ilanları kimi hərəkət edirlər. Yandan dalğavari hərəkət suda təkan verməyə şərait yaradır.


Bədənin yan hissəsi ilə dalğavari hərəkət ağac ilanına budaqların xırda çöpləri üzərində sürünməyə şərait yaradır.


Uçan ağac ilanı ağacdan ağaca və yerə uça bilir. Bədənin cəld təkani ilə tullanır, havada qıvrılaraq düşəcəyi yeri təyin edir. Bununla o, quşlardan və digər ağac yırtıcılarından xilas olur.