Bu maraqlıdır!

Dağlar haqqında maraqlı faktlar

1. Təpədən zirvəyə hündürlüyü 500 metrdən az olmayan geoloji əmələgəlmələr “Dağ” hesab edilir. 


2. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni - Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir.


3. Yer üzündəki ən yüksək zirvə 8848 metr hündürlüyə sahib olan Comolunqmadır (Everest zirvəsi). Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür dağ Mauna-Keadır. ABŞ-ın Havay əyalətində yerləşən Mauna-Kea sualtı vulkanıdır. Mauna Keanın hündürlüyü 10203 metrdir, ancaq bu vulkan dəniz altından yalnız 4205 metr yüksəlir.


4. Ən uzun sıra dağları And dağlarıdır. 


5. Yer kürəsindən kənarda götürsək, ən hündür dağlar yer üzərində deyil, Mars planetindədir. Marsda yerləşən Olimpos (Olympus) dağının ümumi hündürlüyü 26 kilometrdir. Bununla birlikdə günəş sistemindəki ən yüksək dağ Vesta asteroidində yerləşən Reyasilvia zirvəsidir. Hündürlüyü 22 kilometrdir.


6. Yer üzündə, dəniz səviyyəsindən hesablanan hündürlüyü 7200 metrdən çox olan yüzdən çox dağ var.


7. Planetimizin ən yüksək dağlarını bir-birinin üstünə qoyarsaq hündürlük 754,5 kilometrə çatar.


8. Butanda yerləşən Qanqhar Puensum dağı hələ heç bir alpinist tərəfindən fəth edilməyib.


9. Ən çox alpinistlər tərəfindən dırmaşılan dağ ABŞ-dakı 965 metr yüksəklikdəki Monadnok zirvəsidir. 


10. Yer üzündəki ən böyük vulkanik dağ olan Mauna Loanın həcmi 75 min kvadrat metrdən çoxdur.


11. Bəzən dağların yüksək zirvəsində qırmızı qara rast gəlmək mümkündür. Bu qırmızı qar qarpız aroması verdiyinə görə “Qarpız qarı” adlanır. 


12. Dünyanın ən təhlükəli dağı - Himalayada yerləşən Annapurnanın səkkiz minlik zirvəsidir. Statistikaya görə, onu fəth etməyə çalışan hər dördüncü alpinist ölür.