Bu maraqlıdır!

Çolula- Dünyanın ən böyük piramidası

Hələ məktəb vaxtlarından dünyanın ən böyük piramidasının Xeops olduğunu bilirik.  Ancaq dünyada Xeops ehramından da 4 dəfə böyük bir piramida var. 

 

Çolula piramidası dünyanın ən böyük piramidası hesab edilir. İspan dilinde Gran Piramide de Cholula adlanan bu piramida Meksikanın paytaxtı Meksikoda, Puebla əyalətinin Çolula şəhərində yerləşir. Çolula piramidasının digər adı Tlachihualtepetlidir. Tlachihualtepetl astek dilində “əl ilə düzəldilmiş dağ” deməkdir. 450m x 450 m sahəni əhatə edən bu piramidanın hündürlüyü 66 m-dir. 

 

Piramida Ketsalkoatl adlı tanrıya həsr olunub. Gizli dağ kamuflyajı səbəbindən 1900-cü illərə qədər kəşf edilməyib. Çolulalın kəşfi üçün edilən qazıntılar Migel Messmaçerin başçılığı ilə 1966-1974-cü illərdə həyata keçirilir. Ancaq qazıntılar, piramidanın çökməsinə və təpəsində yerləşən kilsənin əsaslarına zərər verə bilərdi. Bu iki səbəbə görə qazıntılar dayandırılır. 


İspaniyalılardan əvvəl bu böyük piramida əhəmiyyətli dini bir bölgə kimi üstü torpaqla örtülərək onlardan gizlədilib. Hal-hazırda da piramidanın bəzi hissələri torpaq örtüyü altındadır. Piramidanın ən təpə hissəsində ispaniyalılar tərəfindən “İglesia de Nuestra Senora de los Remedios” kilsəsi tikilib. Dini bir yer olduğundan buraya giriş pulsuzdur. Buradan gözəl mənzərə açılır, hətta hava aydın olduqda ətrafdakı vulkanları da görmək olur.

 

Misirdə yerləşən Giza ehramı 2milyon 500min kubmetr ərazini əhatə etdiyi halda, Çolula 4 milyon 500 min kubmetr sahəni əhatə edir. 

 

Piramidanın tikilməsi ilə bağlı bir çox miflər mövcuddur. Mifologiyaya görə, bir zamanlar dünyada nəhənglər yaşayırmış. Sel basqını zamanı Xelhua adlı nəhəngdən başqa hərkəs ölür. O, Çolula piramidasını inşa etməyə başlayır. Piramidanın göy üzünü aşaraq, cənnətə çatmağını istəyir. Tanrıların atası hesab edilən Tonacatecutli, bunu bir günah olaraq görür və tikintinin dayandırılması üçün göydən piramidanın üzərinə daşlar yağdırır. Mifologiya nəhəng div tərəfindən inşa edildiyini söyləsə də, arxeoloqların fikrincə, tikintiyə minlərlə insan qatılmış və ən az 10 əsrlik bir zamanda başa çatmışdır. Hərhansı yazılı sənədlər olmadığından, piramidanın tikintisinin nə zaman başladığı bilinmir. Ancaq arxeoloqlar b.e.ə 300- cü ildə, Xristianlıq dövrünün başlanğıcında yarandığını düşünür. Təxminən 8 m-lik bir dərinlikdə tapılmış “İçki divarları” adlanan rəsm Meksikada kəşf edilən, ümumi 57 m-ə uzunluğundakı divar rəsmləri arasında yerini tutur.

 

Çolula 7 ədəd üst-üstə tikilmiş piramidadan ibarətdir.